Yusif Səmədoğlunun həyatı və yaradıcılığı. Sənətkarın elmi pasportu – 48. Monoqrafiya
Müəllif | Qaragözova Elnarə Elxan qızı |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | XAN Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Qaragözova Elnarə Elxan qızı. Yusif Səmədoğlunun həyatı və yaradıcılığı. Sənətkarın elmi pasportu – 48. Monoqrafiya. Bakı, XAN Nəşriyyatı, 2024.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi Tənqid” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın sayca beşinci olan kitabı Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr edilmişdir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Sənətkarın pasportu” seriyasından işıq üzü görən və “Yusif Səmədoğlunun həyatı”, “Yusif Səmədoğlu yaradıcılığı və Azərbaycan nəsri”, “Yusif Səmədoğlunun hekayə yaradıcılığı”, “Yusif Səmədoğlunun romanlarında arxetipik məqamlar”, “Yusif Səmədoğlunun yaradıcılığı ədəbi tənqiddə” bölmələrindən ibarət olan monoqrafiya ədibin həyat və yaradıcılığına yeni baxışı özündə ehtiva edir.