E-KİTABLAR


Cəbrayıl rayonunun su mənbələri

Müəllif Hüseynov Q.C., İmanov F.Ə.
Nəşr olunduğu il 2021
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Nurlar
Nəşr yeri Bakı

Hüseynov Q.C., İmanov F.Ə.. Cəbrayıl rayonunun su mənbələri . Bakı, Nurlar, 2021.

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.