E-KİTABLAR


Kimya texnologiyası prosesləri kinetikasının modelləşdirilməsi.

Müəllif N.Y.Zeynalov.
Nəşr olunduğu il 2021
Elm sahəsi Kimya
Nəşriyyat «Elm»
Nəşr yeri Bakı

N.Y.Zeynalov. . Kimya texnologiyası prosesləri kinetikasının modelləşdirilməsi.. Bakı, «Elm», 2021.

Kitabda kimyəvi-texnoloji proseslərin (KTP) kinetikasının təyinat metodları, KTP-nin nəzəri bazasının formalaşdırılması və texnoloji proseslərin idarə olunması işinin təşkilində kinetik modelləşdirmənin rolu çatdırılır. Nəticələrin müxtəlif təyinatlı praktik məsələlərə tətbiqi verilir. Müxtəlif mexanizmli kimyəvi çevrilmələrin kinetikası, homogen və heterogen KTP-in kinetik modelinin tərtibi geniş izahatlı praktik məsələlərlə şərh olunur. Kinetik modellərin açıqlanmasında istifadə olunan həll metodları və proqram seçimi çatdırılır. KTP-in optimallaşdırılması və ümumi riyazi modelin təyinatında kinetik modelləşdirmənin rolu emal və sintez proseslərinə aid məsələlərlə verilmişdir. Kimyəvi kibernetikanın formalaşmasında kinetik modelləşdirmə keçidi xüsusilə maraqlıdır. Tədris vəsaiti kimya və kimya texnologiyası sahəsində çalışan mütəxəssislər, tələbələr, magistrant və doktorantlar üçün nəzərdə tutulmuşdur.