AZƏRBAYCANIN BUĞDA GENOFONDU
Müəllif | Rüstəmov Xanbala Nəriman oğlu, Abbasov Mehrac Əli oğlu, Babayeva Sevda Maşalla qızı |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Kənd təsərüffatı |
Nəşriyyat | "Müəllim" nəşriyyatı |
Nəşr yeri | Bakı |
Rüstəmov Xanbala Nəriman oğlu, Abbasov Mehrac Əli oğlu, Babayeva Sevda Maşalla qızı. AZƏRBAYCANIN BUĞDA GENOFONDU . Bakı, "Müəllim" nəşriyyatı, 2020.
Monoqrafiyanın hazırlanmasında məqsəd Triticum L. cinsinin botaniki təsviri, müasir təsnifatı, buğdaların ontogenezi, genofondu, yayılma arealları, növ tərkibi, ekotipləri, botaniki növmüxtəliflikləri haqqında elmi məlumatların verilməsidir. Respublikamızda yayılmış növ, növaltı, növmüxtəliflikləri qrupları və yarımqruplarının təyinatında, Azərbaycan dilində ilk dəfə olaraq Ümumrusiya Bitkilərin Genetik Ehtiyatları İnstitu- tunda (VİR) tərtib edilmiş dixotomik açarlardan istifadə edilmişdir. Ekotiplərə əsasən qruplaşdırılmış botaniki növ müxtəlifliklərinin təyinatı isə, yenə də VİR təyinedicisinə əsasən cədvəl açarları şəklində veril- mişdir. Monoqrafiyada Azərbaycanda buğdaların seleksiyasının qısa inkişaf tarixi, müasir vəziyyəti və perspektivləri işıqlandırılmışdır. Bundan başqa, burada yerli, xalq seleksiyası və ekstensiv tipli elmi seleksiya sortlarının, həmçinin yüksək aqrofona tələbkar, intensiv və yarımintensiv tipli, yüksək məhsuldarlığa və dən keyfiyyətinə malik müasir bərk və yumşaq buğda sortlarının morfobioloji xüsusiyyətləri, məhsuldarlıq və digər aqrobioloji göstəriciləri haqqında qısa məlumat verilmişdir. Monoqrafiyanın hazırlanmasında 271 ədəbiyyat mənbəyindən istifadə edilmişdir