E-KİTABLAR


PLASTİK - QLOBAL PROBLEMLƏ MÜBARİZƏ

Müəllif Faiq Mütəllimov, Aynur Alıyeva, Kəmalə Rəsullu
Nəşr olunduğu il 2020
Elm sahəsi Ekologiya
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Faiq Mütəllimov, Aynur Alıyeva, Kəmalə Rəsullu. PLASTİK - QLOBAL PROBLEMLƏ MÜBARİZƏ. Bakı, Şərq-Qərb, 2020.

Plastik kütlə kimya sənayesində polimerlərdən alınan, tazyiq altında qızdırıldıqda verilmiş formanı alan və soyuduqdan sonra onu qoruyub saxlayan süni, yaxud sintetik mənşəli materialdır Başqa sözlə, plastik karbonun hidrogen, oksigen, azot, yaxud digər üzvi və qeyri-üzvi maddələrlə əmələ gətirdiyi manomerlər arasında zəncirin qırılması nəticəsində yaranan polimer birləşmələrdən ibarət materiala deyilir. Yani plastiklər yansintetik və ya sintetik üzvi polimerlərdir. Elə bu səbəbdənı də plastik kütlənın fiziki, mexaniki və texnoloji xassələri polimerlərin növündən və sayından asılıdır. Plastik kutlə dünyada ən çox yayılmış materiallardan biridir. Bu materialdan hazırlanmış məhsullar XIX asrin ortalarında meydana çıxmış və tədricən insan hayatına bütünlüklə daxil olmuşdur. Əgər ətrafa nəzər yetirsək, görərik ki, bu gün hər yerdə plastik kütlədən hazırlanmış çoxlu sayda məhsullar var.