BANKÇILIQ VƏ RƏQƏMSAL ÖDƏNİŞLƏR
Müəllif | Xəyaləddin Tağıyev, Emil Rüstəmov, Rəşad Qasımov, Kamala Rasullu |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Xəyaləddin Tağıyev, Emil Rüstəmov, Rəşad Qasımov, Kamala Rasullu. BANKÇILIQ VƏ RƏQƏMSAL ÖDƏNİŞLƏR. Bakı, Şərq-Qərb, 2019.
Azərbaycanın bank sisteminə ölkə qanunvericiliyinə uyğun fəaliyyət göstərən banklar, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası daxildir. Mərkəzi Bank dövlətin pul və valyuta siyasətini müəyyən edən, nağd pul dövriyyəsini təşkil edən, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini formalaşdıran, ödəniş sistemlərinin təşkilini və fəaliyyətini təmin edən dövlət təşkilatıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, banklar, valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri sahəsində fəaliyyəti lisenziyalaşdıran, tənzimləyən və həmin sahələrə nəzarət edən dövlət təşkilatıdır.