AŞIQ DEYİŞMƏLƏRİNİN POETİKASI
Müəllif | TOFİQ HÜSEYNZADƏ |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | BAKI |
TOFİQ HÜSEYNZADƏ. AŞIQ DEYİŞMƏLƏRİNİN POETİKASI. BAKI, , 2017.
Aşıq deyişmələrinin poetikası bir problem olaraq həmişə aktuallıq kəsb etmiş və sistemli araşdırmalara zərurət doğurmuşdur. Tofiq Hüseynzadə də bunları nəzərə alaraq deyişmələrin ədəbiyyatda tarixi təşəkkülünü, mətn sistemini, poetik mahiyyətini bütün tərəfləri ilə tədqiqata cəlb etmişdir.
Bu monoqrafiya Azərbaycan ədəbiyyatşünaslığı tarixində həmin mövzuda ilk və mükəmməl elmi tədqiqat əsəri olmaqla, geniş ictimaiyyət, xüsusilə, bu sahədə elmi tədqiqat aparan elmi işçilər, filologiya, folklorşünaslıq və aşıq sənəti sahəsində çalışan müəllimlər, magistrant, aspirant, doktorant və tələbələr (bakalavrlar) üçün dəyərli elmi vəsaitdir.
Bu tədqiqat əsərinin işlənilməsinə 2003- cü ildə başlanılmış, 2005-ci ildə başa çatdırılmışdır.