Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
Müəllif | Allahverdiyev Əlövsət |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Hüquq |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Allahverdiyev Əlövsət. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər. Bakı, Elm və təhsil, 2017.
Dərs vəsaitində Azərbaycan hüquq ədəbiyyatında ilk dəfə olaraq Beynəlxalq hüquq fənninə daxil olan və tədris olunan insanlıq əleyhinə cinayətlərin mahiyyəti, xüsusiyyətləri, tərkib elementləri və növləri ətraflı şərh edilir. Eyni zamanda, beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə implementasiyasının ümumi məsələləri izah olunur. Dərs vəsaiti ali məktəb tələbələri, hüquqşünaslar, beynəlxalq hüquq və cinayət hüququ elmi sahələrində çalışan mütəxəssislər, hərbi tədris müəssisələrində təhsil alan hərbi qulluqçular, habelə praktiki fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.