E-KİTABLAR


Ölülər

Müəllif Aqil Abbas
Nəşr olunduğu il 2011
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri BAKI

Aqil Abbas. Ölülər. BAKI, , 2011.

MÜƏLLİFDƏN: Mirzə Cəlil mənim üçün günəşdi, havadı, sudu, torpaqdı. Mənə elə gəlir ki, onlarsız yaşamaq mümkün olmadığı kimi mən Mirzə Cəlilsiz də yaşaya bilməzdim və bilmərəm. Və Mirzə Cəlil elə bir yazıçıdır ki, yüz dəfə oxuyursan, təzədi. Elə bil birinci dəfədi oxuyursan. Hər dəfə oxuyanda sənin üçün ayrı bir dünya açılır. Mirzə Cəlilin vaxtında bilmirəm neçə Qurbanəli bəy olub, neçə Novruzəli, neçə Xudayar bəy, neçə Şeyx Nəsrullah... amma bunlar indi o qədər çoxdular ki?! Çoxdandı məni ağrıdan bir dərd içimdə yaraya dönüb. Nə qədər eləyirdim o dərdi içimdən çıxara bilmirdim, yaza bilmirdim. Gücüm çatmırdı. Bilmirəm neçənci dəfədi yenidən "Ölülər"i oxuyurdum. Və Mirzə Cəlil əlini əbədi dünyadan atdı mənim qəlbimdəki o dərdi dartıb qopartdı. Görən Mirzə Cəlil məni bağışlayarmı ki, mən onun "Ölülər" əsərini belə yazmaq qərarına gəldim?!