Tarixi saxtalaşdırmaq cinayətdir
Müəllif | Sabir Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | YAZIÇI |
Nəşr yeri | BAKI |
Sabir Məmmədov. Tarixi saxtalaşdırmaq cinayətdir. BAKI, YAZIÇI , 2012.
Kitab 1990-cı ildə daxili işlər nazir M.Əsədovun əmrilə Xocalı polis bölməsinin ilk rəisi təyin edilmiş milis (indi polis) mayoru Sabir Məmmədovun cəbhə xatirələrindən və işlədiyi müddətdə göstərdiyi şücaətdən bəhs edilir. Əsərdə Xocalıda tüğyan edən hadisələr, xocalıların başına gətirilən müsübətlərdən xəbər verilir. S.Məmmədov Xocalıdan üzü bəri bütün cəbhə boyu Ağdam, Goranboy cəbhələrində gedən döyüşlərdə fəal iştirak etmişdir. Bəzi vəzifə sahibləri o vaxtlar öz şəxsi əmlaklarını çıxarmaq istəyərkən polis rəisi demişdir: «Əvvəl qocalar, qadınlar, uşaqlar və yaralıları çıxaraq, kişilər isə döyüşsünlər».
Rəis S.Məmmədov 13 fevral 1992-ci ildə «Mİ-8» vertolyotu ilə Xocalıdan 280- 300 nəfər dinc əhalini Gəncəyə, sonra isə avtobuslarla Ağdama gətirmişdir.
S.Məmmədov nümunəvi xidmətinə görə nazir M.Əsədovun əmrilə «Əla xidmətə görə», "Əla milis işçisi" döş nişanı ilə, «l-ci dərəcəli məharət dərəcəsi», «Xocalı yaddaşı diplomu və «Qafqaz media» İ.B.-nin fəxri fərmanı ilə təltif olunmuşdur.