E-KİTABLAR


Müəssisələrin maliyyəsi. Ali məktəblər üçün dərslik

Müəllif Bəyalı Ataşov, Nurpaşa Novruzov, Elşən İbrahimov
Nəşr olunduğu il 2009
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Kooperasiya nəşriyyatı
Nəşr yeri BAKI

Bəyalı Ataşov, Nurpaşa Novruzov, Elşən İbrahimov. Müəssisələrin maliyyəsi. Ali məktəblər üçün dərslik. BAKI, Kooperasiya nəşriyyatı, 2009.

Dərslik yeniləşdirilmiş tədris proqramına və iqtisad yönümlü ali məktəblərin Dövlət təhsil standartlarında "Maliyyə və kredit" ixtisası üzrə nəzərdə tutulmuş tələblərə uyğun yazılmışdır. Tədris materialları maliyyə sisteminin mühüm tərkib hissəsi olan müəssisələrin maliyyəsinin, demək olar ki, bütün aspektlərini əhatə edir və fərdi yaradıcılıq qabiliyyətinə, sərbəst düşünmək imkanına malik, öz biliklərinə güvənən gənc mütəxəssislərin yetişdirilməsinə kömək məqsədini güdür. Oxucuların marağını nəzərə alaraq tədris proqramından əlavə yazılmış sonuncu bölmədə ölkəmizin kiçik biznes, əsası tikinti, kənd təsərrüfatı, nəqliyyat və kooperasiya sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlarda maliyyə işinin təşkilinin sahə xüsusiyyətləri şərh edilmişdir. Kitabın axırında son illər iqtisadi ədəbiyyatlarda nisbətən daha çox işlədilən maliyyə terminlərinin izahlı lüğəti verilmişdir. Ali məktəb tələbələri üçün nəzərdə tutulan bu dərslik eyni zamanda istehsalatda çalışan maliyyəçilər, mühasiblər, maliyyə menecerləri, müəssisə rəhbərləri, həmçinin ali məktəb müəllimləri və elmi işçilər üçün də faydalı ola bilər.