Xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi: problemlər və perspektivlər: III Virtual Dəyirmi masa, 2015
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
. Xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi: problemlər və perspektivlər: III Virtual Dəyirmi masa, 2015. Bakı, Mütərcim, 2015.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti əməkdaşlarının, yerli və xarici ekspertlərin iştirakı ilə iki virtual “Dəyirmi Masa” keçirilmişdir. Xidmətin təşkil etdiyi ilk virtual “Dəyirmi masa”nın mövzusu “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” idi. Müzakirədə əldə olunan əsas fikir ondan ibarət idi ki, bu iki amil bir-birini həmahəng şəkildə tamamlayır, xalqımızın mənəvi dəyərləri sosial-iqtisadi inkişafın təsiri ilə daha da yüksələrək onu həm müşayiət edir, həm də əsas səbəblərindən biri kimi çıxış edir.