O adam (şeirlər)
Müəllif | Kamalə Abiyeva |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Kamalə Abiyeva. O adam (şeirlər). Bakı, Elm və təhsil, 2024.
O Adam-şair, publisist Kamalə Abiyeva müxtəlif illərdə, müxtəlif mövzularda olan şeirlərini təqdim etsə də, əsas mövzu vətəndir - vətən sevgisidir, vətən bağıdır. Kamalə xanım deyir: "Hayatımız boyu sevgimiz çox olur. Böyüdükcə oyuncağa sevgimizin ünvanları dəyişir: geyimə, yeməyə, təbiətə, gözəl mənzilə, insanlara... Kimsə həyatımızın yarısı olur. Valideyn, övlad sevgisi yaşayırıq. Yaşa dolduqca vətən sevgisinin daha üst olduğunu anlayırsan. Biz bunun şahidi olduq. Ata-anasının əzablarından keçib vətəni qorumağa gedən oğulları gördük. Bir oğlunu şəhid veran "5 oğlum olsa, beşini də mü- haribəyə torpaqlarımızı qorumağa göndərərdim"- deyən atalar tanıdıq. Təkcə xalqımın deyil, bütün insanların xoşbəxt yaşamasına əngəl olanlardan təmizləmək istərdim bu dünyanı. Gücüm çatsa kaş. Vətənimi sevməkdə tapıram var olmağımı. Dövlətimin güclü, vətəndaşın xoşbəxt olmasını istəyirəm. Duyğularımı yaşantılarını oxucularıma ötürməyə çalışıram"