Bakı quberniyası Şamaxı qəzasının müsəlman əhalisi (XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində)
Müəllif | A.M.Mirabdullayev, M.M.Ənsərli (Lambali) |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | " AFPoliqrAF" mətbəəsi |
Nəşr yeri | Bakı |
A.M.Mirabdullayev, M.M.Ənsərli (Lambali). Bakı quberniyası Şamaxı qəzasının müsəlman əhalisi (XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində) . Bakı, " AFPoliqrAF" mətbəəsi, 2022.
Kitabın əsasını 1840-1926-cı illərdə Rusiya imperiyasının Bakı quberniyasında mövcud olmuş Şamaxı qəzasının müsəlman əhalisi haqqında arxivlərdən götürülmüş məlumatlar təşkil edir. Burada Şamaxı şəhərində və qəzamu kəndlərində yaşamış zadəganların və seyidlərin tartib olunmuş siyahıları xüsusi yer tutur. Kitabda XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində qəzanın ərazisində olmuş polis sahələri, kənd icmaları və kəndlər, qəzanın idarələrində çalışmış müsəlman məmurları haqqında da geniş məlumat verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur