E-KİTABLAR


Dilçilik ensiklopediyası. II cild (dərs vəsaiti)

Müəllif
Nəşr olunduğu il 2008
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

. Dilçilik ensiklopediyası. II cild (dərs vəsaiti). Bakı, Mütərcim, 2008.

Bizim "Dilçilik ensiklopediya"sı ilə bağlı ümidlərimiz özünü doğrult- du. Onun birinci cildi (Bakı, 2006) oxucular və mütəxəssislər tərəfindən çox maraqla qarşılandı. 16.02.2007-ci il tarixdə ADU-nun iclas zalında Respub- likamızın elm və təhsil ictimaiyyətinin fəal iştirakı ilə onun təqdimatı keçirildi. Təqdimatda ADU-nun rektoru prof.S.İ.Seyidov, AR MEA-nın müxbir üzvü T.İ.Hacıyev, professorlar H.İsaxanlı, A.Q.Ələkbərli, M.Qazıyeva, dosentlər Ç.Qurbanlı, Q.Bayramov və başqaları çıxış edərək bu nəşrin ölkə həyatında qeyri-adi bir hadisə olduğunu xüsusi vurğuladılar və onunla bağlı öz təklif və rəylərini söylədilər. Biz də öz çıxışımızda bütün çıxış edənlərə və iştirakçılara öz minnətdarlığımızı bildirdik və kitabın ikinci cildini hazırlayıb tezliklə çapını həyata keçirməyi onlara vəd etdik.