E-KİTABLAR


Dilçilik ensiklopediyası. I cild (dərs vəsaiti)

Müəllif
Nəşr olunduğu il 2006
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

. Dilçilik ensiklopediyası. I cild (dərs vəsaiti). Bakı, Mütərcim, 2006.

Yenicə qədəm qoyduğumuz XXI yüzilliyi elmi-texniki tərəqqilər, dünya xalqlarının bir-birinə inteqrasiya əsri kimi səciyyələndirmək olar. İndi dünyada elmi, iqtisadi, mədəni və mənəvi sahələrdə qloballaşma böyük sürət götürərək irəliləməkdədir. Bu inteqrasiya nə qədər güclü və əhatəli olsa da, dünyada yayılan elmitexniki informasiyaları hər bir xalqın öz dilində qəbul etmək və bununla da öz mənəvi aləmini formalaşdırmaq hüququ vardır. Bu baxımdan dilçilik elmi müstəsna əhəmiyyətə malikdir. Bu gün danılmaz həqiqətdir ki, dilçilik elmi bir neçə nəhəng dilin (ingilis, alman, fransız, rus və s.) inhisarındadır. Dünyada yeniliklərin böyük əksəriyyəti bu dillərdə yaranır. İnternet saytları, çap olunan kitabların bu dillərdə çoxluq təşkil etməsi inkarolunmaz həqiqətdir. Belə bir vaxtda müstəqillik əldə etmiş xalqımızı dilçilik elmi sahə- sində meydana gələn yeni elmi-nəzəri mənbələrlə tanış etmək, Azərbaycan dilçilərini dünyanın qabaqcıl elmi nailiyyətlərilə məlumatlandırmaq hazırda çox mühüm vəzifə kimi dilçiliyimiz qarşısında durur. Bu gün auditoriyalarda dilçilikdən oxunan mühazirələrə və aparılan seminar məşğələlərinə möhkəm zəmin yaratmaq üçün «Dilçilik ensiklopediyası»nın əhəmiyyəti son dərəcə böyükdür.