E-KİTABLAR


Naxçıvan tarixi. Üç cilddə, I cild

Müəllif
Nəşr olunduğu il 2013
Elm sahəsi Tarix
Nəşriyyat "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi
Nəşr yeri Naxçıvan

. Naxçıvan tarixi. Üç cilddə, I cild. Naxçıvan, "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2013.

Naxçıvan ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biridir. Üçcildlik "Naxçıvan tarixi"nin I cildi ən qədim zamanlardan başlayaraq XVIII əsrin 40-cı illərinədək olan böyük bir dövrü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında Naxçıvan ərazisində ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, ilkin sinifli cəmiyyətin meydana gəlməsi, Naxçıvanın müxtəlif dövlətlərin tərkibində fəaliyyəti, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti, əhalinin işğalçılara qarşı mübarizəsi, etnik tərkibi və s. məsələlər geniş şərh olunmuşdur. Kitabda həmçinin Naxçıvanın orta əsrlər tarixinin XVIII əsrin 40-cı illərinədək olan dövrü tədqiq edilmiş, sasanilərin, ərəblərin, səlcuqların, Azərbaycan Atabəylər dövlə tinin, monqolların, xarəzmşahların hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mənəvi dəyişikliklər şərh edilmiş, Azərbaycan Səfəvilər dövlətinin fəaliyyəti dövründə Naxçıvanın ictimai-iqtisadi, mədəni həyatı tədqiqata cəlb olunmuşdur.