E-KİTABLAR


Diplomatik protokol. Dərslik

Müəllif Abbasbəyli A.N., Cəfərov V. B
Nəşr olunduğu il 2004
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

Abbasbəyli A.N., Cəfərov V. B. Diplomatik protokol. Dərslik. Bakı, , 2004.

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdi və qısa zaman kəsiyində beynəlxalq hüququn suveren hüquqlu subyekti kimi dünyanın əksər dövlətləri tərəfindən diplomatik qaydada tanındı, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara (BMT, İKT, ATƏT, MDB və b.) üzv qəbul olundu. Məqsədyönlü və sülhsevər xarici siyasəti dünyanın aparıcı dövlətləri tərəfindən rəğbətlə qarşılanan Azərbaycan Respublikası qarşılıqlı faydalı zəmində ikitərəfli və çoxtərəfli- siyasi, iqtisadi, mədəni əlaqələr quruculuğunda qətiyyətli addımlar atdı. Xarici ölkələrə səfərlər zamanı, beynəlxalq təşkilatların toplantılarında Prezident Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti böyük rəğbətlə qarşılandı və respublikamızın adını sərhədlərindən çox-çox uzaqlarda yüksəklərə ucaltdı. Dünya səhnəsində özünə layiqli yer tutan Azər- baycan Respublikası öz qapılarını dost üzünə açmağa hazır olduğunu nümayiş etdirdi. Bu siysi kurs indi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.