DİPLOMATİYANIN ƏSASLARI
Müəllif | ANAR EYYUBOV |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | İqtisad Universiteti |
Nəşr yeri | Bakı |
ANAR EYYUBOV. DİPLOMATİYANIN ƏSASLARI. Bakı, İqtisad Universiteti, 2010.
Diplomatiyanın əsasları kitabı birinci kursda tədris olunan «Diplomatiyanın əsasları fənni üzrə dərs vəsaitidir. Kitab tələbələrin qarşıdakı 4 il ərzində müxtəlif istiqamətlər və sahələri üzrə öyrənəcəkləri diplomatiya ilə ilkin tanışlıq, onun təməledici prinsipləri, əsas termin və anlayışlarını açıqlamaq. belə demək mümkünsə, diplomatiyanın əlifbası ilə tanış etmək məqsədi daşıyır. Diplomatiya nədir, necə formalaşır və hal- hazırda hansı istiqamətdə inkişaf edir, hansı məqsədlərə xidmət edir, diplomat peşəsi insandan hansı keyfiyyətlərə malik olmağı, hansı bilik sahələrindən agah olmağı tələb edir və s. Kurs daxilində diplomatiyanın keçmişi, bu günü və perspektivlərinə nəzər salınır, bəşəriyyətin aparıcı diplomatlarının diplomatiya və diplomatlarla bağlı fikirləri, baxışları ətrafında diskussiyalar aparılır. Tələbələrə diplomat peşəsinin nüfuzlu olması ilə bərabər çox çətin, məsuliyyətli olduğu, üstünlükləri ilə yanaşı bir çox məhdudiyyətlərə, qadağalara malik olan və əslində uzunmüddətli əsgər xidmətindən bir o qədər də fərqlənmədiyi izah edilir. Kurs çərçivəsində tələbələrə mədəni diskussiya, ünsiyyət, təqdimat, qrup şəklində səmərəli çalışmaq və s. ilkin vərdişlər aşılanır. Gənc Azərbaycan diplomatiyasının uğurları, problemləri, perspektivləri gənclərlə dialoq şəklində öyrənilir, təhlil olunur, müasir dövrün diplomatik kadrlarından nəyin tələb olunduğu və Azərbaycan kimi dünya miqyaslı güc mərkəzi olmayan dövlətlər üçün diplomatiyanın nə qədər böyük əhəmiyyət kəsb etdiyi açıqlanır.