E-KİTABLAR


Dünya xalqları və çoxmədəniyyətlilik

Müəllif Əliyeva G.R
Nəşr olunduğu il 2018
Elm sahəsi Tarix
Nəşriyyat İqtisad Universiteti
Nəşr yeri Bakı

Əliyeva G.R. Dünya xalqları və çoxmədəniyyətlilik. Bakı, İqtisad Universiteti, 2018.

Hazırkı yaşadığımız XXI əsri səciyyələndirmiş olsaq, bu barədə aşağıdakı elmi mülahizəni söyləyə bilərik. Bəli, bu əsr bəşər tarixinə qloballaşma, inteqrasiya, informasiya və kommunikasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı bir əsr, zaman və dövr kimi daxil olmuşdur. Heç şübhəsiz, belə bir çox mürəkkəb, ziqzaqlı, paradoksal zamanda bu və ya digər konkret bir məkanda baş verən hadisələr müxtəlif xalqların, millətlərin, etnosların, habelə ölkələrin və dövlətlərin sosial, iqtisadi, siyasi, mədəni və mənəvi həyatının demək olar ki, bütün tərəf və istiqamətlərinə həm müsbət, həm də mənfi təsir gücünə malikdir. Milli-mütərəqqi, ümumbəşəri mənəvi dəyərləri qoruyub saxlayan, onları hifz edən başlıca amillərdən biri, bəlkə də birincisi mədəniyyətdir. Yeri gəlmişkən, mədəniyyətə tarixi, fəlsəfi baxımdan aşağıdakı elmi mülahizəmizi bildirmək istərdik