E-KİTABLAR


Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anu-diversiyaların metodları)

Müəllif Cabbar Manaf oğlu Məmmədov
Nəşr olunduğu il 2015
Elm sahəsi Tibb
Nəşriyyat Elm və Təhsil
Nəşr yeri Bakı

Cabbar Manaf oğlu Məmmədov. Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anu-diversiyaların metodları). Bakı, Elm və Təhsil, 2015.

Kitabda adı həyatdan tutmuş siyasətə və hərbiyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir, Kitabın birinci hissəsində qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktımın da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarma, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq. fikirlərini necə oxumaq, ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə har hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə tahrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə nevtrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqh keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir.