E-KİTABLAR


ŞİMALİ AZƏRBAYCANIN RUSİYA TƏRƏFİNDƏN İŞĞALININ TARİXŞÜNASLIĞI

Müəllif ƏLİYEV MƏHƏMMƏD MƏCNUN OĞLU
Nəşr olunduğu il 2001
Elm sahəsi Tarix
Nəşriyyat ADİLOĞLU
Nəşr yeri Bakı

ƏLİYEV MƏHƏMMƏD MƏCNUN OĞLU. ŞİMALİ AZƏRBAYCANIN RUSİYA TƏRƏFİNDƏN İŞĞALININ TARİXŞÜNASLIĞI. Bakı, ADİLOĞLU, 2001.

Artıq müstəqillik əldə etmiş Azərbaycanda ölkənin Rusiya tərəfindən işğal olunması ta rixinə dair əsərlərin tarixşünaslıq baxımından təhlili, onların asas ideya məzmunu indiki cəmiyyətə çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Əsərlərin tarixşünaslıq baxımından təhlili, bu gün Şimali Azərbaycanın Rusiya tərəfin dən işğalı probleminə marağı daha da artırır və məsələnin yenidən tədqiq olunmasına şərait yaradar. Problemə dair əsərlərin araşdırılması Azərabaycanın parçalanmasıma aparan yolları aydınlaşdırır. "Birliyi olmayan xalqı parçalayarlar" fikri əsərlərin təhlilindən çıxarılan mühüm nəticə olmaqla, bugünkü Azərbaycanda milli hirliyin qorunub saxlanması üçün mühüm vasitə ola bilər. Əsər ali məktəblərin tarix fakultəsində, bütün universitetlərdə Azərbaycan tarixinin tədris edilməsində, Azərbaycan tarixinin bu ən mühüm dövrünün, ölkənin təqribən iki əsrlik inkişaf yolunu müəyyən edən Rusiya işğalı dövürünün daha geniş öyrədilməsində, bu gün on mühüm məsələlərdən biri kimi işğal probleminə dair ümumi, xüsusi və ixtisas mühazirələrinin oxunmasında mühüm vasitə olar. Əsər həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.