Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. II cild
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
. Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. II cild. Bakı, Şərq-Qərb, 2005.
XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı yeni mühüm keyfiyyətlər qazanmış, özünəməxsus, mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. İctimai-fəlsəfi məzmun, bədii dil və poetik üslub baxımından Füzuli qələminin qüdrəti ilə kamillik dərəcəsinə yetən bu dövr Azərbaycan poeziyası artıq Yaxın Şərq xalqlarının söz sənətinə təsir göstərməyə başlamışdır. "Azərbaycan klassik ədəbiyyatından seçmələr"in bu cildinə XIII-XVI əsrlərin ən görkəmli şairlərinin İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Əssar Təbrizi, İmadəddin Nəsimi Şah Qasım Ənvar, Kişvəri, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və b. seçilmiş əsərləri daxil edilmişdir. Məcmuədə öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini bu gün belə itirməmiş müxtəlif janrlı ədəbi əsərlər poemalar, qəzəllər, qəsidələr, rübailər, tuyuğlar təqdim olunur.