İran türklərinin qədim tarixi (fars dilindən tərcümə)
Müəllif | Məhəmməd Təqi Zəhtabi (Kirişçi) |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Şəms nəşriyyatı |
Nəşr yeri | Bakı |
Məhəmməd Təqi Zəhtabi (Kirişçi). İran türklərinin qədim tarixi (fars dilindən tərcümə). Bakı, Şəms nəşriyyatı, 2010.
Bu kitab ərəb, fars və rus dillərindən müstəqil şəkildə tərcümə edən İntiqam Əsədovun sayca ikinci böyük tərcüməsidir. Bundan əvvəl İ.Əsədov dilçi alim, həkim-cərrah, doktor Cavad Heyətin fars dilində yazmış olduğu "Türk dili və ləhcələrinin tarixinə nəzər" ki- tabını tərcümə edərək öz vəsaiti hesabına çap etdirib. İnanırıq ki, İ.Əsədovun böyük zəhmət hesabına ərsəyə gətirdiyi bu tarixi mənbə də xalqının qədimliyi ilə öyünməyə haqqı olanlar, tariximizin tədris olunduğu ali təhsil ocaqlarında oxuyan tələbə və dərs deyən müəl- limlər tərəfindən rəğbət və minnətdarlıq hissi ilə qarşılanacaq.
Keçmişindən xəbəri olmayan xalqın gələcəyi də qaranlıq olar.