Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (iyirmi birinci kitab)
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Səda |
Nəşr yeri | Bakı |
. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (iyirmi birinci kitab). Bakı, Səda, 2006.
Azərbaycan aşıq ədəbiyyatının janr çevrəsinə daxil olan müstəqil bədii fenomen kimi dastan, terminoloji işarəsindən asılı olmayaraq, əski türk xalq ədəbiyyatına bağlanır və ondan qaynaqlanır. "Dastan" adı altında dayanan ədəbi hadisə faktı əski epik ənənənin etnik işarəvi və modelləşdirici sistemini saxlamaqla bu terminlə anlaşılan ədəbi forma və məzmuna - diferensial mətn tipinə transformasiya olunmuşdur. Tipoloji ədəbi hadisə kimi "dastan" IX-XI əsrlərdə formalaşmışdır. Bu prosesdə islam mədəniyyətinin təsiri və bu təsirdən deformasiyaya uğrayan əski türk, İran və əcəmləşmiş türk ədəbiyyatlarının iştirakı faktoru şübhəsizdir