E-KİTABLAR


Uşağımın psixoloquyam

Müəllif ANARA BAXŞƏLİYEVA
Nəşr olunduğu il 2014
Elm sahəsi Tibb
Nəşriyyat MHS Poliqraf
Nəşr yeri Bakı

ANARA BAXŞƏLİYEVA. Uşağımın psixoloquyam. Bakı, MHS Poliqraf, 2014.

Hər bir valideyn öz uşağının psixoloqu olmalıdır. Bunun üçün uşaq psixologiyasındakı müəyyən qızıl qaydaları mütləq mənimsəməlidir. Bir çoxlarınız bilirsiniz ki, uşaq psixoloji məsləhətləri zamanı uşaqdan öncə psixoloqlar valideynlərlə söhbət aparır. Psixoloq uşağın ailəsi ilə tanış olduqdan sonra uşağın psixoloji vəziyyəti haqqına ilkin nəticələr çıxara bilir. Bəs bilirsinizmi buna səbəb nədir? El arasında belə bir deyim var «Uşaq ailənin güzgüsüdür». Bu məsəl boşa deyilməyib. Psixoloqlar valideynlə söhbət zamanı ata və ananın xarakterik xüsusiyyətlərini, ailə tiplərini və buna əsaslanaraq valideynlərin tərbiyə metodunu aydınlaşdırırlar. Bunlar bir uşaq psixoloquna lazım olan ilkin məlumatlardır ki, uşaqla iş zamanı bunları nəzərə alaraq onun narahatçılığını aradan qaldıra bilsin