E-KİTABLAR


Ozan- aşıq ensiklopediyası (İki cilddə - I cild)

Müəllif
Nəşr olunduğu il 2019
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Gənclik
Nəşr yeri Bakı

. Ozan- aşıq ensiklopediyası (İki cilddə - I cild). Bakı, Gənclik, 2019.

Ensiklopediyada ozan-aşıq yaradıcılığı ilə bağlı faktoloji bilgilər, sənətin mənşəyi, təşəkkülü, inkişaf tarixi, günümüzə qədərki mənzərəsi, ustad sənətkarların, el şairlərinin yığcam bioqrafiyası, sənət ənənəsi, dastançılıq və ifaçılıq xətləri, sinkretiklik, improvizasiya məsələləri, qopuz, saz, balaban, davul, nağara və s. barədə elmi-tarixi məlumatlar yer alır. Saz havalarının əsas səciyyəsi, melodik quruluşu və not yazıları əsasındakı təhlillərə xüsusi diqqət yetirilir. Türk şamançılığı, orta çağ təsəvvüf mədəniyyəti, ozan//aşıq keçidi və onun tarixi dinamikası ilə ilgili təhlillər də uyğun ölçüdə öz əksini tapır. Ozan//aşıq sənətinin elmi-nəzəri problemləri ilə məşğul olan folklorşünaslar, etnoqraflar, aşıqşünas və musiqişünaslar barəsində yığcam oçerklər təqdim olunur. Türk xalqlarında mövcud olan sənət ənənəsi və onun çağdaş mənzərəsi, eləcə də dünya xalqlarında ozan//aşıq sənətinə yaxın olan folklor sahələri haqqında da ensiklopedik bilgilər verilir.