Qarabağın flora və faunası
Müəllif | Məlahət Qəhrəmanova |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | İMZA |
Nəşr yeri | Bakı |
Məlahət Qəhrəmanova. Qarabağın flora və faunası. Bakı, İMZA, 2023.
Kitabda: Qarabağın flora və faunasının işğaladək və işğaldan sonrakı vəziyyəti, Qarabağda xalq təbabətinin qədimdən yararlı olduğundan, ilk şəfa ocaqlarından və həkimlərindən; Qarabağın “Qırmızı Kitab”a düşmüş nadir, nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərindən, müalicəvi xüsusiyyətli bitkilərdən və s. məlumatlar var. Hələ 1969-cu ildə Qarabağ azərbaycanlılarının xilaskarı olan Ulu Öndərin fəaliyyətindən; Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bildiyindən,vətənpərvərliyinin, millətsevərliyinin şahidi olduqlarından; Şuşa şəhərinin sürətlə inkişafından; Şuşanın“Kurort Şəhəri” və "Qoruq Şəhəri"elan edilməsindən göstərilən faktlar nəzərə çarpır. Ulu Öndərin - “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram. ..” söylədiyi kəlmələr bu gün özünü doğrultmuşdur. Kitabda Qarabağ torpaqlarının işğaldan azad olunması, Rəşadətli Ordumuzun 44 gün ərzində göstərdiyi qəhrəmanlıqlar və digər faktlar maraq oyadır. Xalqın, Vətənin müdafiəsi və torpaqların düşmən işğalından azad edilməsi, onun gücünü bütün
dünyaya nümayiş etdirməsi vurğulanır.