E-KİTABLAR


RƏQƏMLƏŞDİRMƏ: AVROPA MUZEYLƏRİ, ARXİVLƏRİ VƏ KİTABXANALARI ÜÇÜN STANDARTLAR LANDŞAFTI

Müəllif
Nəşr olunduğu il 2013
Elm sahəsi İnformasiya-sənəd menecmenti
Nəşriyyat "Nağıl Evi" mətbəəsi
Nəşr yeri Bakı

. RƏQƏMLƏŞDİRMƏ: AVROPA MUZEYLƏRİ, ARXİVLƏRİ VƏ KİTABXANALARI ÜÇÜN STANDARTLAR LANDŞAFTI. Bakı, "Nağıl Evi" mətbəəsi, 2013.

MINERVA seriyasından olan layihələrin iştirakçılarının təşəbbüsü ilə başlanmış ATHENA Avropa layihəsi 2008-2011-ci illərdə eContentplus proqramı çərçivəsində reallaşdırılmışdır. Layihənin əsas məqsədi Avropada mədəniyyətə aid informasiya resurslarının ən böyük kataloqu olan EUROPEANA Avropa rəqəmsal kitabxanasının kontentini genişləndirməkdən ibarətdir. ATHENA Avropa muzeylərinin, kitabxanalarının və arxivlərinin informasiya resurslarını toplayıb birləşdirir (aqreqasiya edir) və onları nəşr olunmaq üçün EUROPEANA-ya təqdim edir. 2011-ci ilin əvvəlinə qədər EUROPEANA mədəniyyət sahəsinə aid 14 milyon informasiya resursunu açıq istifadə üçün əlyetərli etmişdir. EUROPEANA üçün informasiya resurslarının ən böyük aqreqatoruna çevrilmiş ATHENA layihəsi vasitəsilə 1.757.029 informasiya resursu EUROPEANA-ya daxil olmuşdur