Qəmli səadət
Müəllif | Qılıcova Nailə Bahadur qızı |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Qılıcova Nailə Bahadur qızı. Qəmli səadət. Bakı, Elm və təhsil, 2023.
İlk kitabı ilə oxucuların görüşünə gələn Qılıcova Nailə Bahadur qızı (Dərya Qılıc) uzun illərdən bəri gördüyü, eşitdiyi, müşahidə etdiyi hadisələrdən süjetlər yaradıb, bədii ədəbiyyata olan sonsuz məhəbbətinin təzahürü kimi qələmə almışdır. Onun yazılarında vətənpərvərlik, zəngin mənəviyyatlı insanların dəyanəti, isməti, ata babalarımızın müdrikliyi, igidliyi, kökə bağlılığı, Azərbaycan qadınının sədaqəti, isməti, dostluğun təmənnasız bağlılığı, səmimiyyəti tərənnüm edilmişdir.
Müəllif “Qəmli səadət” adlı əsərində xalqımızın hər addımda qarşılaşdığı mənfur qonşularımızın növbəti xəyanətindən bəhs etmişdir. Bu xəyanətin saf məhəbbət üzərində qurulmuş bir ailəyə gətirdiyi bədbəxtlikdən söz açmış, Azərbaycan qadınının səbrinin, sədaqətinin, etibarının qələbəsini göstərmişdir. Müəllif “Yetim Məmməd” povestini babasının xatirələrinə istinad edərək qələmə almışdır. Yetim bir oğlanın çəkdiyi iztirablardan, çətinliklərdən bəhs etməklə yanaşı, acgöz, vəhşi, işğalçı ermənilərin 1905-ci ildə törətdiyi əməllərdən dəlillər gətirib və nəhayət, zəhmətlə zəkanın birləşib, zirvələrə yol açmasını göstərmişdir.