Almaniyanın yeni və müasir tarixi, dərs vəsaiti
Müəllif | Məmmədağa Baxışov |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Məmmədağa Baxışov. Almaniyanın yeni və müasir tarixi, dərs vəsaiti. Bakı, , 2014.
Dərs vəsaiti tələbələr, müəllimlər və Almaniyanın yeni və müasir tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Vəsaitdə XVII-XVIII əsrlərdə alman torpaqlarının sosial-iqtisadi və siyasi vəziyyəti, Böyük Fransa inqilabının və Napoleonun müharibələrinin alman torpaqlarına təsiri, XIX əsrin birinci yarısında alman dövlətlərinin sosial-iqtisadi inkişafı, Almaniyada 1848- 1849-cu illər inqilabı, ölkənin birləşdirilməsi, XIX əsrin sonu-XX əsrin əvvəllərində, birinci dünya müharibəsi dövründə və 1918- 1939-cu illərdə Almaniyanın daxili və xarici siyasəti, ikinci dünya müharibəsində iştirakı, AFR-in və ADR-in yaranması, 1949-2014- cü illərdə AFR-in daxili və xarici siyasəti kimi məsələlər xronoloji ardıcıllıqla şərh edilir. Dərs vəsaitinin məzmunu "Avropa və Amerika ölkələrinin yeni tarixi", "Avropa və Amerika ölkələrinin müasir tarixi" və "Ölkəşünaslıq" (Almaniya) fənlərinin programına uyğundur.