E-KİTABLAR


Kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın və kitabşünaslığın əsasları

Müəllif İradə Rəsuli
Nəşr olunduğu il 2014
Elm sahəsi İnformasiya-sənəd menecmenti
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

İradə Rəsuli. Kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın və kitabşünaslığın əsasları . Bakı, Mütərcim, 2014.

Kitabxana fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə kimi həmişə sosial mühitdən asılı olaraq formalaşmışdır. Kitabxanalar tarixi inkişaf prosesində öz hamisi olan cəmiyyətə xidmət etmiş, onun tələbatını ödəmiş, sifarişini yerinə yetirmişdir. Beləliklə, kitabxanaların yaranması, formalaşması, inkişafı, fəaliyyəti və cəmiyyətdə tutduğu mövqe bilavasitə onu yaradan cəmiyyətlə bağlıdır. Cəmiyyət necədirsə, onun kitabxanası da özünə məxsus olmalı, ona xidmət etməlidir. Cəmiyyətin tələbatına xidmət etmək bilavasitə kitabxananın fəaliyyətində, bu fəaliyyətin təzahür forması olan kitabxana işində özünü göstərir