Qarabağ: folklor da bir tarixdir, X kitab. Zəngilan və Şuşa rayonlarından toplanmış folklor örnəkləri
Müəllif | İlkin Rüstəmzadə |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
İlkin Rüstəmzadə. Qarabağ: folklor da bir tarixdir, X kitab. Zəngilan və Şuşa rayonlarından toplanmış folklor örnəkləri. Bakı, Elm və təhsil, 2018.
Kitabın hazırlanmasında, əsasən, Bakıda məskunlaşmış Zəngilan və Şuşa rayon sakinlərindən yazıya alınmış materiallardan istifadə olunmuşdur. Az miqdarda da Kəlbəcər, Laçın, Cəbrayıl, Goranboy və Yevlax rayonlarından toplanmış materiallar kitabda yer almışdır. Materiallar 2014-2015-ci illərdə Folklor İnstitutunun təşkil etdiyi ezamiyyələr zamanı toplanmışdır. Kitab etnoqrafik mətnlərlə başlayır. Etnoqrafik mətnləri qeydə alarkən əvvəlki illərdən fərqli yol izlənilmişdir. Bölgədən toplanmış etnoqrafik materialların təsviri birbaşa söyləyicinin dilindən deyil, onların verdiyi məlumatlar əsasında bizim tərəfimizdən verilmişdir. Bu üsul entoqrafik faktın daha geniş və ətraflı, onun bütöv təsvirini verməyə imkan verir