İnsan genetikası: mutasiyalar, diaqnostik metodlar
Müəllif | Səltənət Ərşad qızı Ağayeva |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Tibb |
Nəşriyyat | Qərbi Kaspi Universiteti |
Nəşr yeri | Bakı |
Səltənət Ərşad qızı Ağayeva. İnsan genetikası: mutasiyalar, diaqnostik metodlar. Bakı, Qərbi Kaspi Universiteti, 2024.
Dərslik, Qərbi Kaspi Universitetinin tədris proqramına uyğun, genetika, tibbi genetika, insanın irsi və gen xəstəlikləri, bu sahədəki elmi yanaşmalar, klassik və müasir diaqnostik texnologiyalar haqqında mövzuları əhatə edir. Belə ki, klassik və molekulyar genetikanın mühüm aspektləri, insanın gen, xromosom, mitoxondri, imprintinq, poligen, populyasiya, ekogenetik, epigenetik, teratogen amillərin təsiri ilə yaranan xəstəliklər, elmi-tədqiqatlarda və diaqnostikada istifadə olunan metodlar ayrı-ayrı bölmələr üzrə verilmişdir.
Kitab biologiya elmi sahəsində genetika və molekulyar biologiya üzrə ixtisaslaşan tələbələr, magistr və müəllimlər üçün nəzərdə tutulub.