Xocam Xocalı!
Müəllif | Əsgəroğlu Ədalət |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Ərgünəş |
Nəşr yeri | Bakı |
Əsgəroğlu Ədalət. Xocam Xocalı!. Bakı, Ərgünəş, 2012.
Bir çox dəyərli kitablar müəllifi, istedadlı şair Ədalət Əsgəroğlunun bu kitabı üç bölmədən ibarətdir. “Poemalar" bölümündə müəllifin üç poeması toplanıb. “Xocam Xocalı!" poeması indiyə qədər Xocalı soyqırımı barədə yazılan əsərlərdən fərqlənir. Poemada Xocalının metafizik Xoca obrazı yaradılıb. “Dərdimizin qan rəngi" poeması da Xocalı faciəsinə həsr olunub. Ədəbi tənqidin fikrincə, poemada yaradılan Qan obrazı Azərbaycan poeziyasında yenidir. “Qar üstə qırmızı yazı var" bölməsində müəllifin yaradıcılığında xüsusi yer tutan doqquz hccalı şeirlər toplanıb. Bu şeirlər müxtəlif mövzuları əhatə edir. “Bəxt quşları da köçəridir" bölməsində isə ictimai-siyasi məzmunlu şeirlər yer alıb. Bu şeirlərdə günümüzün bir çox problemləri, agrılan istedadla qələmə alınıb.