AZƏRBAYCANDA DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ VƏ DİNİ TƏHSİLİN FORMALAŞMASI
Müəllif | Elsevər SƏMƏDOV |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Din |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Elsevər SƏMƏDOV. AZƏRBAYCANDA DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİ VƏ DİNİ TƏHSİLİN FORMALAŞMASI. Bakı, , 2009.
İnsanla başlayan təhsil fəaliyyəti gün keçdikcə cəmiyyətlərə, dövlətlərə və ideologiyalara görə fərqli istiqamətlərdə inkişaf etdirilərək insan həyatını bütöv bir şəkildə əhatə etmişdir. İnkişafın təməli olan təhsil zamanla təkmilləşərək sistemli şəkildə dövlət siyasətinin əsasını təşkil etmişdir. Dövlətin sosial-siyasi quruluşuna uyğun olaraq formalaşmış və sistemləşdirilmişdir. Təhsil sahəsindəki bu inkişaf Azərbaycanda da tarixən siyasi və ideoloji təsirlərə məruz qalaraq fəqli istiqamətlərda inkişaf etmişdir. Bu gün də təhsil dövlətin sosial-siyasi quruluşuna uyğun şəkildə formalaşmaqdadır.
Dini təhsib gəldikdə isə, Azərbaycanda İslamın yayılması ilə bərabər dini təhsil fəaliyyətinin meydana gəldiyini qeyd edə bilərik. Bu təhsil fəaliyyəti tarixi inkişafa paralel olaraq bir çox dəyişikliklərə məruz qalmış və bugünkü kalırı almışdır. Tədqiqat mövzusu olaraq seçilmiş "Azərbaycanda din-dövlət münasibətləri və dini təhsilin formalaşması" adlı monaqrafiyda Azərbaycanda din və dövlət münasibətləri, buna paralel olaraq da dini təksilin bugünkü vəziyyətini göstərməyə çalışılmışdır.