E-KİTABLAR


Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili

Müəllif Şərifova Salidə Şəmməd qızı
Nəşr olunduğu il 2022
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Şərifova Salidə Şəmməd qızı. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili. Bakı, Elm və təhsil, 2022.

Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” adlı monoqrafiyasında Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı yaranmış bədii nümunələrin janr xüsusiyyəti, problematikası, obrazlar qaleriyası, bədii dil baxımından fərqlənməsinə aydınlıq gətirilir. Salidə Şərifova XX əsrin sonunda Qarabağda etnik münaqişənin kəskinləşməsinin Azərbaycan ədəbiyyatında yer almasına toxunur, bu münaqişələri əks etdirən bədii nümunələri geniş təhlilə cəlb edir. Müəllif Birinci Qarabağ müharibəsinə və Vətən müharibəsinə həsr olunmuş bədii və publisistik əsərlərdə gələcəyə nikbin ümidin, qələbə əzminin və təntənəsinin əksini tapmasını qeyd edir.