E-KİTABLAR


Polimer materialları üçün antioksidantlar

Müəllif Eldar Bahadır oğlu Zeynalov
Nəşr olunduğu il 2009
Elm sahəsi Kimya
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Eldar Bahadır oğlu Zeynalov. Polimer materialları üçün antioksidantlar. Bakı, Elm, 2009.

Polimer materiallar hal-hazırda müasir həyatımızda çox mühüm yer tutur. Bu gün şüşə, farfor, metal, kağız, ağac kimi geniş yayılmış materiallar polimer materiallarla əvəz oluna bilir. Polimerlərdən uzun müddətli istifadə təcrübəsi göstərir ki, bu maddələr İşığın, istiliyin, oksigenin təsiri altında qocalmaya məruz qalır ki, bu səbəbdən də onlar əvvəlki davamlılığını və elastikliyini itirir, rəngləri solqunlaşır, bərkiyir, strukturunu itirir və dağılmaya məruz qalır. Lakin polimer materialların tərkibində termostabilizator, antioksidant və işıq stabilizatorları kimi əlavələr olarsa bu arzuolunmaz prosesləri ləngitmək və ya tamamilə aradan qaldırmaq mümkündür.