E-KİTABLAR


Aləmdən, Kainatdan zəlzələyə qədər

Müəllif Hətəm Quliyev
Nəşr olunduğu il 2003
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Hətəm Quliyev. Aləmdən, Kainatdan zəlzələyə qədər. Bakı, Elm, 2003.

Kitab müəllifin aləm və Kainat haqqında yeni konsepsiyasına hosr edilmişdir. Kifayət qədər sadə dildə, heç bir riyazi düstür, tənlik və başqa nəzəri üsullardan istifadə edilmədən müxtəlif elm sahələrini əhatə edon problemlər haqqında əsaslı elmi fikirlər irəli sürülmüş və müasir elmi nöqteyi- nəzərdən əsaslandırılaraq, şərh edilmişdir. Təklif edilmişdir ki, əbədi dövran edən aləm mahiyyətcə strukturaya malikdir, məkan və zamana görə sonsuz Kainat əbədi mövcuddur, o heç vaxt yaranmayıb, həmişə qeyri-bircins paylarımış aləmin bütün varlıq formalarından, o cümlədən də, canlı aləmi özündə saxlayan informasiya formasından ibarətdir. Baxılan məsələlər haqqında tarixi icmal və inflyasiya ilə genişlənən Kainat nəzəriyyəsinin bəzi məqamları ətraflı təhlil edilmişdir. Aləmin əbədi dövranına bariz nümunə olaraq, geodinamik təkamül və onun Yerdə təzahürlərindən biri olan zəlzələ problemi də, yeni konsepsiya baxımından şərh edilmişdir. Zəlzələ ocağının dinamik formalaşmasının mümkünlüyünü nəzərə alaraq, solitonlar haqqında da məlumat verilir.