Üzüm genotiplərinin ampeloqrafik tədqiqat üsulları
Müəllif | Səlimov V.S. |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Müəllim |
Nəşr yeri | Bakı |
Səlimov V.S. . Üzüm genotiplərinin ampeloqrafik tədqiqat üsulları. Bakı, Müəllim, 2014.
Oxuculara təqdim olunan bu kitab ali məktəb tələbələri, magistr və doktorantlar, elmi işçilər, üzümçülük sahəsində çalışan mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabda üzümkimilər fəsiləsinin təsnifatı, cins və növlərin xarakteristikası, üzümçülükdə sortöyrənmə və ampeloqrafik tədqiqatların mahiyyəti, dünyadakı üzüm kolleksiyalarının yaranma tarixi, fəaliyyəti və əhəmiyyəti, sortöyrənmə, seleksiya və ampeloqrafik tədqiqatların istiqamətləri, üzüm sortlarının ampeloqrafik xüsusiyyətlərinin (botaniki, aqrobioloji, təsərrüfat-texnoloji) öyrənilmə üsulları, genotiplərin ampeloqrafik xüsusiyyət və əlamətlərinin OİV-in (BÜŞT) beynəlxalq deskriptorları əsasında kodlaşdırma üsulları, üzüm bitkisinin inkişafının fenoloji mərhələləri və onların BBCH identifikasiya işarələri, üzüm sortlarının perspektivliyinin qiymətləndirilməsinin yeni model üzrə öyrənilmə qaydalarının nəzəri məsələləri müasir elmin nailiyyətləri əsasında şərh olunur