Ədəbiyyatımızın Xan şairi Məmməd Araz
Müəllif | Aynurə Əliyeva, Şəhla Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | F.Köçərli ad. Respublika Uşaq Kitabxanası |
Nəşr yeri | Bakı |
Aynurə Əliyeva, Şəhla Əliyeva. Ədəbiyyatımızın Xan şairi Məmməd Araz. Bakı, F.Köçərli ad. Respublika Uşaq Kitabxanası, 2018.
Bir şair vardı - kainat duyğularına, dünya başına dardı. Ömrü boyu tufan əydi, su yardı. Xətainin qılıncını suvardı - Məmməd Araz karandaşı göyərdi. O, bu qələm ilə bir xətt çəkdi - "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" patriot-portreti yaratdı. Poeziya heyrət deməkdir; şeir heyrətdən doğulur. Şair - Məmməd Arazın bütün ədəbi irsi bu heyrətin yaradıcılığıdır. Bu poeziya oxucunu ikiqat heyrətləndirir. Heyrətin birinci səbəbi şairin böyük ilhamla yazılmış hər bir əsəridir. Çünki Məmməd Arazın səmimiyyətlə dolu olan hər bir şeiri hamımıza və ayrılıqda hər birimizə doğma olan hissləri ifadə edir. Heyrətin iknci səbəbi isə şair özüdür. Onun istedadı, heyrətlənmək və heyrətləndirmək bacarığıdır. Poeziya sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımında öz kəşfləri ilə heyrətləndirir. O, hər an görüb duyduqlarımızı tamamilə başqa - yeni gözlə görür, kəşf edir