Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası fənnindən praktikum. Dərs vəsaiti
Müəllif | Hasil Kamaləddin oğlu Fətəliyev |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Kənd təsərüffatı |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Hasil Kamaləddin oğlu Fətəliyev . Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası fənnindən praktikum. Dərs vəsaiti. Bakı, Elm, 2013.
Dərs vəsaitində dən və dən məhsullarının fiziki-kimyəvi və orqanoleptik təhlil metodları və onların aparılma qaydaları əks olunmuşdur. Eyni zamanda təzə və emal olunmuş bitkiçilik məhsullarının dəyər və keyfiyyətinin təhlil üsulları, onun yerinə yetirilmə metodikaları verilmiş, müxtəlif bitki konservlərinin laboratoriya şəraitində hazırlanması və analiz metodları şərh olunmuşdur. Bitkiçilik məhsullarının saxlanması və emalı zamanı baş verən proseslər, hesabatların aparılması, müxtəlif tip saxlayıcılarda saxlanma rejiminin tənzimlənməsi, saxlayıcıların tələb olunan tutumunun hesabatı kimi praktik məsələlərə yer verilmişdir. Vəsait "Qida məhsulları mühəndisliyi", "aqronomluq", "aqrokimya və aqrotorpaqşünaslıq" ixtisaslarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Bu vəsaitdən həmçinin magistr və doktorantlar, elmi işçilər, istehsalat nümayəndələri də istifadə edə bilərlər