E-KİTABLAR


Azərbaycanda üzümçülük

Müəllif Pənahov T.M., Səlimov V.S., Zari Ə.M.
Nəşr olunduğu il 2010
Elm sahəsi Kənd təsərüffatı
Nəşriyyat «Müəllim» nəşriyyatı
Nəşr yeri Bakı

Pənahov T.M., Səlimov V.S., Zari Ə.M.. Azərbaycanda üzümçülük. Bakı, «Müəllim» nəşriyyatı, 2010.

Oxuculara təqdim olunan bu kitab müasir dövrün tələblərinə uyğun olaraq, üzümçü fermerlərin və fərdi üzüm bağ sahiblərinin marağı nəzərə alınaraq hazırlanmışdır. Kitabda Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına dair dolğun məlumat təqdim olunmuş, respublikanın təbii-iqtisadi bölgələrinin və inzibati rayonlarının xarakteristikası verilərək, hər bir bölgə və rayonun torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən üzüm sortlarının adları və şərabçılığın inkişaf istiqamətləri göstərilmişdir. Kitabda həmçinin Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun kolleksiya üzüm bağında becərilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının səciyyəvi xüsusiyyətləri göstərilməklə tam ampeloqrafik təsvirləri verilmişdir. Kitab geniş oxucu kütləsi: üzümçü fermerlər, torpaq sahibləri, üzümçülük sahəsində təhsil alan tələbələr, magistr və doktorantlar, eləcə də elm müəssisələrində çalışan elmi işçilər və ali məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur