AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | "Zərdabi LTD" MMC |
Nəşr yeri | Bakı |
. AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU. Bakı, "Zərdabi LTD" MMC, 2015.
Azərbaycan şərqşünaslığı dərin tarixi köklərə malikdir. Onun təşəkkülü və inkişafi islam sivilizasiyası, türk dünyası, Yaxın və Orta Şərq ölkələrinin mədəniyyəti ilə sıx əlaqədə olan Azərbaycan mədəniyyətinin tarixi təkamülü ilə bağlı olub. Böyük Azərbaycan mütəfəkkir və alimləri Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və digərləri öz qiymətli əsərləri ilə Şərq xalqlarının tarix, ədəbiyyat, fəlsəfə, coğrafiya və etnoqrafiyasının inkişafına və ümumiyyətlə, dünya elminə əvəzsiz töhfələr vermişlər