Leyli və Məcnun
Müəllif | Üzeyir Hacıbəyli |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Üzeyir Hacıbəyli. Leyli və Məcnun. Bakı, Şərq-Qərb, 2008.
"Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır