Seçilmiş əsərləri. iki cilddə. İkinci cild: Publisist əsərləri (felyetonları)
Müəllif | Üzeyir Hacıbəyov |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. iki cilddə. İkinci cild: Publisist əsərləri (felyetonları). Bakı, , 2005.
Üzeyir Hacıbəyovun zəngin publisist yaradıcılığı; felyetonları, miniatürləri, kiçik səhnəcikləri, satirik hekayələri, dövrü-zəmanəni, qeyri-sağlam şəraiti ifşa edən məktub, məqalə, məruzə və çıxışları, elmi-nəzəri yazıları özünün ictimai-siyasi-hüquqi kəskinliyi, milli-xəlqi ruhu, aydın, konkret mətləb və məzmunu, şəffaf üslubu, qüdrətli dili - yazı tərzi ilə fərqlənirdi. Bəzən açıq, bəzən gizli imzalarla çıxış etməsinə baxmayaraq onun hər bir yazısında müqəddəs Vətən istəyi, doğma millət-xalq-türkçülük məhəbbəti, kamil ziyalılıq, sağlam vətəndaşlıq qüruru aydın şəkildə görünürdü