Tarixin qan yaddaşı
Müəllif | Sadıqov Sadıq Zeynal oğlu |
---|---|
Nəşr olunduğu il | 2001 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Azərbaycan Respublikası Xatirə Kitabı nəşriyyatı |
Nəşr yeri | Bakı |
Sadıqov Sadıq Zeynal oğlu. Tarixin qan yaddaşı. Bakı, Azərbaycan Respublikası Xatirə Kitabı nəşriyyatı, 2001.
Əziz oxucu, indicə vərəqlədiyin bu kitabda yazıçı-jumalist Sadıq Zeynaloğlunun böyük vətənpərvərlik, yurdsevərlik duyğuları ilə yazdığı xatirə oçerk və povestdə sadə əməkçilərin başına açılan oyunlardan ürək ağrısı ilə bəhs edilir. Bu, müəllifin oxucularla ikinci qaibanə görüşüdür. İlk kitabı 1999-cü ildə Gənclik nəşriyyatında çapdan çıxmışdır («Tarixin qan yaddaşı»). Sadıq Zeynaloğlu bu əsərində hal-hazırda millətimizin gözü önündə erməni neofaşistlərinin törətdikləri cinayətlərin dünənki kökləri açıq-aydın göstərilir. Orbelyan soyadlı təkcə bir erməni faşistinin Naxçıvan hüdudlarında Azərbaycan xalqına qarşı törətdiyi fitnəkarlıqlar Andranik xislətli nankor qonşularımızın qadın nümayəndələrini bu gün də öz ocağının başında əyləşdirən zatıqınq «el qəhrəmanlarına», erməni döşündən süd əmən və erməniyə «dayı deyən, bizdən olub, bizi bəyənməyənlərə sillə-şapalaq kimi dəyməlidir. «Torpaqdan pay olmaz!>>> deyə fəryad qoparan xalq şairimiz B.Vahabzadənin təbirincə desək, keçmişimizi unutmağımızın acı nəticələri göz qabağındadır. Kitab geniş oxucu kütləsi üçün, ən ümdəsi, gənclərimizin qan yaddaşının unutqanlıqdan uzaqlaşdınıması üçün stolüstü kitaba çevrilməlidir