Əbədiyaşar bəstəkar Müslüm Maqomayev
Müəllif | Elnur Abiyev, Sevil Əhmədova |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | F. Köçərli ad. Respublika Uşaq Kitabxanası |
Nəşr yeri | Bakı |
Elnur Abiyev, Sevil Əhmədova. Əbədiyaşar bəstəkar Müslüm Maqomayev. Bakı, F. Köçərli ad. Respublika Uşaq Kitabxanası, 2019.
Görkəmli bəstəkar, dirijor, ictimai xadim Müslüm Məhəmməd oğlu Maqomayev Azərbaycan professional musiqisinin klassikidir. Sənətkarın musiqi tariximizdə müstəsna yeri, opera, simfonik musiqi, kütləvi mahnı janrının yaranması və inkişafı sahəsində misilsiz rolu var. O, həmçinin kino və dramatik teatr üçün ilk musiqi yazan bəstəkarlardan biri olmuşdur. Onun operaları, simfonik əsərləri, mahnılar, kino və dram teatrı üçün musiqisi milli bədii irsimizin parlaq səhifəsidir. Dahi bəstəkar Ü.Hacıbəyli ilə bərabər M.Maqomayev professional musiqiyə XX əsrin əvvəllərində, incəsənətin, o cümlədən musiqi teatrının aktiv inkişaf dövründə gəlmişdir. Bəstəkar ömrünün 30 ildən çoxunu Azərbaycan musiqi sənətinin inkişafına həsr etmişdir