Milli mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu
Müəllif | N.Alışova |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | M.F.Axundov adına Milli Kitabxana |
Nəşr yeri | Bakı |
N.Alışova. Milli mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu. Bakı, M.F.Axundov adına Milli Kitabxana, 2011.
Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Milli-mənəvi dəyərlər nədir?- "Mənəvi dəyərlər" insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xysusiyyətlər yaranır