Yaddan çıxmaz Qarabağ: Metodik vəsait
Müəllif | Xuraman İsmayılova |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Xuraman İsmayılova. Yaddan çıxmaz Qarabağ: Metodik vəsait. Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2007.
Dünyanın görkəmli alimləri Azərbaycanı təbii muzey adlandırmışlar. Bu muzeyin ən unikal mərkəzi Qarabağdır. Kür və Araz çaylarının bərəkətli aralığında yerləşən Qarabağın tarixi kökləri çox qədimlərə gedib çıxır. Elmi dəlil və əsaslarla deyə bilərik ki, ilk insan məskənlərindən biri də Qarabağdır. Məhz burada, Azıx mağarasında insan həyatının və fəaliyyətinin qədim izləri aşkara çıxarılmışdır. Azıxda 350-400 min il əvvəl yaşamış insan çənəsinin bir hissəsi tapılmışdır